Bill Qeyts yenidən «ən varlı» oldu

12-03-2009 / 18:36

Forbes jurnalının tərtib etdiyi dünyanın ən varlı insanları siyahısında liderlik yenidən Microsoft şirkətinin əsasını qoyan Bill Qeytsə keçib.

Onun hazırda 40 mlrd. dollara sahib olduğu bildirilir. Qeyts ilk pilləyə sahib olsa da, böhran üzündən o bir il ərzində 18 mlrd. dollar itirib. Onun əsas rəqibi Uorren Buffet isə 25 mlrd. dollar itirərək ikinci pilləyə sahib çıxıb.

Üçüncü yerin sahibi isə Meksikalı maqnat Karlos Slimdir. Qeyd edək ki, ötən il birinci pillənin sahibi Berkshire Hathaway kompaniyasının rəhbəri Uorren Buffet idi. Ona qədər 13 il ərzində siyahıya ötən ildən etibarən aktiv idarədən uzaqlaşıb xeyriyyəçiliyə diqqət ayıran Bill Qeyts sahib idi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə