Bill Qeyts: saniyədə 250 dollar qazanır

22-11-2014 / 22:03

Dünyanı kompüter əməliyyat sistemləri ilə təmin edən Microsoft şirkətinin yaradıcısı Bill Qeyts zəngin adamların ilk onluğunda uzun illərdir qərarlaşıb, pula pul demir. Əslində o, vəkil atanın və müəllim ananın övladıdır. 12 yaşından balaca Bill informatika kurslarına getməyə başladı. Uşaqlıq dostu Pol Allenin  də texnologiyaya həvəsi vardı.

Onlar boş vaxtlarında kompüter proqramları ilə maraqlanırdılar. Riyaziyyatı çox sevən Bill Qeyts atasının təkidiylə vəkil ixtisasına yiyələnmək üçün Harvard Universitetinə daxil olur. Dərsə marağı olmur deyə daim oxumaqdan yayınır. Universitetə getməsə də, oxumasa da, uğuru da az olmur, nəticədə universiteti bitirib diplom alır. Dostu Pol Allen də riyaziyyata maraqlı bir tələbə olur. Bu iki dost birləşib adi bir kompüter alır, birgə fəaliyyətə start verirlər. İlk şirkətləri isə 1972-ci ildə əsası qoyulan Traf-O-Data olub. Bill Qeyts həsəd aparılası şəxsiyyətdir, milyardlara əli çatanda cəmi 31 yaşı vardı. Az yaş olmasa da, milyarder olmaq üçün kifayət qədər yüksək nəticədir.

Qeyts və Allenin uğur yolu elə də asan olmayıb. Çətinliklər onları heç də ruhdan salmadı. Əksinə proqramı inkişaf etdirməyə çalışdılar. Microsoft-un  proqram təminatı o qədər geniş yayıldı ki, şirkət Amerika Antiinhisar Komitəsinin nəzərinə tuş gəldi. Dəfələrlə məhkəməyə çıxarıldı, amma Bill Qeyts öz yolundan dönmədi; şirkətini genişləndirdi, milyonlara sahib oldu.

Microsoft şirkəti uğur yolunda o qədər sürətlə irəlilədi ki, bir çox məşhur şirkətlər onunla əməkdaşlıq etməyə can atdılar. General Electric kimi iri şirkətlər onun daimi müştərisi idi. Həmçinin Fortran, Cobol, Paskal kimi proqram dillərini inkişaf etdirməklə Microsoft bir üstünlük qazandı. Qeyts 1979-cu ildə 13 işçisi ilə təxminən 3 milyon dollarlıq bir satış həyata keçirmişdi. Microsoft-un qısa zamanda təqdim etdiyi MS DOS 80-ci illərdə dünya çapında rekordlara imza atdı.

Billin qazandığı pulları tək özünə istifadə etmirdi, həyat yoldaşı Melindanın mənəvi dəstəyi ilə xeyriyyəçilik fondu açdı. İlk vaxtlar bu fond daha çox maliyyə ehtiyacı olan sahələrə - səhiyyə və təhsilə milyonlar ayırırdı. Bill Qeyts həm də Afrika qitəsinə çox böyük yardımlar edib.

Bill Qeyts müxtəlif illərdə öz sərvətinin həcminə görə birincilik əldə edib. Belə ki, 57 yaşında o, Bloomberg Milyarderlər İndeksinin 2007-ci il üçün olan siyahısında 72,7 milyard dollarlıq sərvəti ilk sıralarda yer almışdı. Ancaq bir müddət birincilik kürsüsünü Slim adlı milyarderə təhvil verən Qeyts 6 illik çalışmasında sonra yenidən birinciliyin yeganə sahibinə çevrildi.

Bill Qeyts: saniyədə 250 dollar qazanır

Qeyts sıfırdan başlayıb milyonlara sahib olan şəxsdir. Milyonçu bu imkanlara sahib olana kimi yatmayıb çalışıb. Hətta həyat yoldaşı Melindadan əvvəlki sevgilisindən ayrılma səbəbi də onun işə ayırdığı vaxtın xanıma ayırdığı vaxtdan çox olması olub. Çünki o, işdən kənarda yalnız 7 saat vaxt keçirirdi. Yuxunu da bura daxil etsək, sevgilisinə ayırdığı vaxt qənaətbəxş olmayıb.

Əgər Qeyts Pol Allen ilə şirkəti qurarkən payı 66 faiz idisə, indi 11,5 faizdir

Bill Qeytsin fikrincə, ağıllı insana hər şeyi tək-tək söylənmək ehtiyacı yoxdur. Billin əsas üstün cəhəti yalnız ağıllı və olduqca qabiliyyətli kadrları axtarıb bacarığındadır. Hətta bəzən çox xoşuna gələn işçisinə şirkətin hissələrini bağışlayıb. Həmişə çalışıb ki, yaxşı əməkdaşı yanında saxlasın, onun kənara çıxmasına imkan verməsin.

 Bill Qeyts həmişə sadə bir insan kimi tanınır. İlk baxışdan heç də imkanlı bir şəxsə bənzəmir. Neçə dəfə sosial şəbəkələrdə də onun sadəliyini əks etdirən şəkil, xəbərlər paylaşılıb. Onun xüsusi bir təyyarəsi yaxud gəmisi yoxdur. Bill səbəbini isə belə izah edir: nə qədər sadə olsaq, o qədər də hörmətimiz olar, əgər özümüzü daim başqaları kimi göstərməyə çalışsaq, bu zaman sadəlikdən uzaqlaşarıq və digərləri kimi düşünməyə başlayarıq. Qeytsin dedikləri “Sadəlik ən böyük gözəllikdir” deyimini doğruldur.

Hər bir Windows istifadəçisi kompüterinin xarab olmasını sübut edərək Microsoft-a  dollarlıq iddia irəli sürsə, bu zaman Qeyts 3 ildə iflasa uğrayar. Bill yerdə 100 dollar görsə, mütləq onu götürəcəyini söyləyib. Və belə cavab verib: Mənim beynim 100 dolların yaxşı pul olduğu zamanda formalaşıb. Mən pulu yerdən götürərəm, onu öz fondumuza verərəm.

Bill Qeyts müsahibələrində bildirib ki, milyard dollarlıq sərvətinin hamısını övladlarına verməyəcək. “Pulu uşaqlarıma verməyim yaxşı fikir deyil. Onlara bir miqdar pul ayıracam. Amma bu, böyük rəqəm olmayacaq”. Qeyts 3 uşaq atasıdır.

Bill Qeyts əyləncə sevən şəxsdir. O, briç oynamağı hər şeydən çox sevir. Həmçinin axşam yeməyindən sonra qabları özü yuyur. Çünki bu işi yaxşı bacarır və xoşlayır. 

Sevil Rəsulzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.