Bing yeni əlavəsi ilə Google-ni keçdi

09-07-2009 / 21:04

Microsoft Google ilə rəqabətdə üstün gəlmək üçün nələr etmir. Bu dəfə Microsoft, yeni axtarış sistemi olan Bing-ə Twitter mesajlarında axtarış etməsini təmin edəcək bir xüsusiyyət əlavə etdi. Bununla da Bing Googledən bir addım önə çıxdı.

Lakin Bing dünyadakı bütün Tweet mesajlarını axtarmır. Əksinə, yalnız əvvəldən seçilmiş istifadəçilərin tweetlərində axtarış edilə bilir.

Microsofta görə, seçilmiş bu qrup fərqli seqmentlərlə əlaqədə olan “bir neçə min” adamdan meydana gəlir. Həmin istifadəçilərin tweetlərini tapmaq üçün axtarış sisteminə şəxsin Twitter adı və ya həqiqi adıyla birlikdə “Twitter” və ya “Tweets” ibarəsi yazmaq lazımdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə