Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015 / 12:36

Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manatlıq xidmət göstərilib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 13,9 faiz artıb.

RYTN-dən Xəbərlər-ə verilən məlumata görə, ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faizə bərabər olub.

Hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcmindən 52, 5 faiz mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manat təşkil edib.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.