Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

02-07-2015 / 22:28

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Elektron hökumət” portalı vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatorun şəbəkəsinə daşınması və ya bu xidmətdən istifadə etməməsi barədə məlumatın təqdim olunması istifadəçilərin işinə yarayıb. Belə ki, bu xidmətdən istifadə etməklə abunəçi öz zənginin dəyərini hesablaya bilər.

Xeberler.az Trend-ə istinadən məlumat verir ki, cari ilin iyun ayında “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətindən 41 778 dəfə istifadə olunub.

Qeyd edək ki, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilib və bu baza əsasında mobil tərtibat hazırlanıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.