Bir neçə nömrə əvəzi – Azercellim tarifi!

03-06-2015 / 17:11

Azercell SimSim abunəçiləri üçün yeni sərfəli tarif paketini istifadəyə verib.

İyunun 3-dən etibarən Azercell Fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni Azercellim tarifini təqdim edir.

Xəbərlər-in verdiyi məlumata görə, yeni tarif Azercell abunəçilərinə daha sərfəli danışıq imkanı yaradır. Belə ki, bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə cəmi 6 qəpik ödəyəcəklər. Azercellim-də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdir.

Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə hesablama intervalı 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda iyunun 3-dən  etibarən yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri yeni Azercellim tarifində olacaq. Yeni aktivləşən, nömrələrini şəbəkəyə daşıyan SimSim abunəçilərinə  preaktiv balans olaraq 3 AZN hədiyyə veriləcək. Preaktiv balans ölkədaxili zəng və SMS, həmçinin Mobil İnternet  üçün 30 gün ərzində istifadə oluna bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə