Bir neçə şirkətdən ibarət blokçeyn konsorsiumu yaradılıb

01-02-2017 / 10:54

Məlumat bazalarının təşkili sistemi olan blokçeyn virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur və böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.

Bu texnologiyanın bank fəaliyyətində də tətbiqi mümkündür.

Cisco, Bosch, Foxconn, Gemalto və bir neçə digər şirkətin iştirakı ilə “Əşyaların İnterneti” (Internet of Things, IoT) məhsullarının təhlükəsizliyinin artırılması və yaxşılaşdırılması üçün blokçeyn texnologiyasından istifadə məsələləri ilə məşğul olacaq konsorsium yaradılıb.

Xeberler.az ict.az-a istinadən məlumat  verir ki, alyans iştirakçıları bu texnologiya əsasında paltaryuyan maşınlardan tutmuş, nəqliyyat konteynerlərinədək müxtəlif IoT qurğuları arasında məlumat mübadiləsi üçün bölüşdürülmüş məlumat bazası və protokol hazırlamaq niyyətindədirlər.

Bosch Software Innovations-ın rəhbəri Dirk Slama sənaye sahəsində blokçeynin tətbiqi üçün böyük imkanların mövcud olduğunu söyləyib. “Bizim əsas məqsədimiz mürəkkəb şəbəkələrdə əksər sövdələşmə iştirakçıları tərəfindən məhsulların istehsalı, nəql edilməsi və dəstəklənməsi haqqında mühafizə olunan informasiya reyestrinin yaradılmasıdır”, – deyə D.Slama bildirib. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.