Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019 / 10:59

Fevralın 20-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Xeberler.az bildirir ki, səfər çərçivəsində E.Nikolson “Azərkosmos”un rəhbərliyi ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayan “Azerspace-2” telekommunikasiya peyki barədə məlumat verilib.

E.Nikolson kosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması məqsədilə “Azərkosmos”un nəzdində yaradılan Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə Azərbaycanda kosmik sahədə kadr potensialının inkişaf etdirilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər qeyd olunub. “Azərkosmos”un kosmik sahə üzrə startap ekosistemində gördüyü işlər qonağın diqqətinə çatdırılıb. Birləşmiş Krallığın Kosmik Agentliyi və “Azərkosmos” arasında qurulan əməkdaşlığın perspektivləri müzakirə olunub. Peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqqında da fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.