“Bitcoin cinayətkarların valyutası olacaq”

02-10-2015 / 10:28

Avropa İttifaqının (Aİ) Avropol polis xidmətinin yeni hesabatında Bitcoin rəqəmli valyutasının regionda kibercinayətkarlar üçün yeni valyuta ola biləcəyi qeyd edilib.

Xeberler.az-ın məlumatına görə, hesabatın əksər hissəsi rəqəmli valyutalardan cinayətlərin maliyyələşdirilməsi ilə əlaqədar bir sıra hallarda istifadəsinə həsr edilib.

Bundan başqa, Bitcoin valyutasından digər qeyri-qanuni əməliyyatlarda, o cümlədən gəlirlərin silinməsində istifadə imkanı xüsusi narahatlıq doğurur.

Avropol nümayəndələrinin məlumatına görə, son məlumatlara əsasən, internetdə qeyri-qanuni ödənişlərin 40 faizi Bitcoin vasitəsilə həyata keçirilir. PayPal ödəniş sisteminin cinayətkar tranzaksiyalarda payı isə 25 faiz təşkil edir.

Hesabat müəllifləri hüquq-mühafizə orqanları əməkdaşlarına kriptovalyutalardan qeyri-qanuni istifadə ilə mübarizəyə bütün istintaq və elmi-tədqiqat imkanlarını cəlb etməyi tövsiyə edirlər.

Bildirilir ki, Avropol rəqəmli valyutalar məsələsində hüquq-mühafizə orqanları arasında daha geniş əməkdaşlığın qurulmasını təşviq etməkdə davam edir.

Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə