Bitcoin-in yaradıcısı məlum oldu-Foto

02-05-2016 / 11:50

İllərdir ki, virtual pul valyutası Bitcoin-in yaradıcısı hər kəs üçün maraqlı şəxs olaraq qalırdı. Bu günə qədər yeni valyutanın kim tərəfindən yaradıldığı  məlum deyildi.

Xeberler.az  BBC-yə  istinadən məlumat verir ki, mediaya açıqlama verən avstraliyalı startapçı Craig Wright Bitcoin-in yaradıcısının özu olduğunu deyib.

BBC, Economist və GQ üzərindən açıqlama verən Wright-in kimliyi Bitcoin Foundation-in qurucularından Jon Matonis  tərəfindən də təsdiqlənib.

Matonis Wright-in həqiqətən Bitcoin zəncirini başladan şəxs olduğunu vurğulayıb.

Ekspertlər bildirirdi ki, bu gün bütün dünya üzrə 100-dən çox müxtəlif ad və dəyərdə kriptovalyuta mövcuddur. Lakin onlardan ən birincisi və ən geniş yayılanı Bitcoi-dir. Kriptovalyuta növünün 2009-cu ildə naməlum bir qrup şəxs tərəfindən yaradıldığı ehtimal edilirdi. Bitcoin -in əldə edilmə proseduru “mayninq” (mədənləmə) adlanır və “blok” adlanan riyazi məsələlərin həlli nəticəsində əmələ gəlir. Bu zaman 25 bitcoin əmələ gəlir. 
Əvvəllər 1 blok məsələnin həlli nəticəsində 50 bitcoin əmələ gəlirdi. Lakin, sistem elə qurulub ki, hər 4 ildən bir məsələ həlli nəticəsində əmələ gələn bitcoin sayı yarıya qədər azalır. Bitcoin ilk yarandığında sadəcə bir qrup proqramçı arasında görülən işlərin ödənilməsi üçün istifadə edilirdi və 1 ABŞ dolları qarşılığında minlərlə BTC ilə ifadə olunurdu. Lakin, getdikcə yeni valyutanın əvvəlcə daha çox istifadəçi, daha sonra isə kiçik biznes nümayəndələri tərəfindən qəbul edilməsi, onun dəyər qazanaraq bahalaşmasına səbəb olub. Məsələyə Vinklevos qardaşlarının qarışması, daha doğrusu Bitcoin-ə külli miqdarda yatırım etmələri, yeni kriptovalyuta haqqında daha geniş mübahisələrin aparılmasına səbəb olub. 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə