Bitcoin Pizza Day-də maraqlı təqdimatlar olacaq

16-05-2018 / 14:06

Mayın 22-də Biznes Mərkəzində Blokçeyin Azərbaycan Mərkəzi (BAM) tərəfindən Bitcoin Pizza Day tədbiri təşkil olunacaq.

Məlum olduğu kimi, 2010-cu ilin 22 may tarixində ilk dəfə bu sahədə çalışan developerlərdən biri Bitcointalk forumunda 10 min BTC qarşılığında ona pizza gətirməyi təklif edib.

Həmin an 10 000 BTC-nin dəyəri 25 dollar təşkil edirdi. Hazırda bu məbləğ təxminən 100 milyon dollar deməkdir və həmin pizzalar tarixə ən bahalı pizzalar olaraq düşüblər.

Xeberler.az bildirir ki, BAM təşkilatçıları da bu günü qeyd etməklə Azərbaycanda bu sahənin inkişafına diqqət yönəltməyi məqsəduyğun hesab edib.

Tədbirdə blokçeyn texnologiyalardan istifadə edən milli və beynəlxalq layihələr haqqında məlumatlar veriləcək, maraqlı təqdimatlar olacaq.

Tədbirdə həmçinin blockchain.az  saytı da təqdim ediləcək. 

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda blokçeyn və kriptovalyuta sahəsində çalışanları və bu sahəyə maraq göstərənləri bir araya gətirmək, tanışlıq təşkil etmək və faydalı müzakirələr aparmaqdır.

Xeberler.az

 

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.