“Bitcoin qadağan edilməlidir”

30-11-2017 / 15:15

Məlumat verdiyimiz kimi, noyabrın 29-də bitcoin-in məzənnəsi növbəti rekord həddə çatıb.

Belə ki, kriptovalyutanın dəyəri hərraclar zamanı 10,053 min dollara qədər qalxıb.

Dünya Bankının sabiq baş iqtisadçısı və Kolumbiya Universitetinin professoru Joseph Stiglitz deyir ki, bitcoin-ni qadağan etmək lazımdır.

Xeberler.az bildirir ki, bitcoin-in rekord qırdığı vaxtda Bloomberg-ə danışan Joseph Stiglitz qeyd edib ki, bu pul vahidi indi müvəffəqiyyət qazanır, çünki onun potensial aldatma imkanı var:

“Onun belə sürətlə populyarlaşması qanuni boşluqların və nəzarətin olmamasını göstərir. Hesab edirəm ki, bitcoin qeyri-qanuni olmalıdır, çünki faydalı sosial funksiyası yoxdur".

Stiglitz ödənişlərdə texnologiya və yenilikləri dəstəkləsə də, rəqəmsal pulun hökumət tərəfindən yaradılması və idarə edilməsinin doğru olduğunu deyir.

İqtisadçı bitcoin-in qiymətinin ədalətli dəyişmədiyini və eyni zamanda davamlı olmadığını iddia edir.

"Bitcoin-in mərkəzləşdirilmiş bir sistemlə tənzimlənməməsinə baxmayaraq Vaşinqton tərəfindən daha yüksək səviyyəyə yüksəlmədən əngəllənəcək. Bunu etməyin çox sadə yolu var. Belə ki, hökumət bitcoin-in bir aldatma metodu olduğunu irəli sürə və bunu qadağan edə bilər”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.