Bizə yol göstərən milli mobil tətbiqlərimiz

29-07-2015 / 11:00

Xeberler.az olaraq “Milli RESURSLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan rubrikamızda bu dəfə  “Naviqasiya” kateqoriyasi üzrə milli mobil tətbiqləri araşdırıb. Bu kateqoriya üzrə milli mobil tətbiqlərimizin bir qismi haqqında qısa məlumatı təqdim edirik.

 

10.GPS.AZ

Hazırlayan           Camal Qarabəyov
Yüklənmə sayı     100 - 500
Ödəniş:               Pulsuz 
Platforma :           Android və iOS

GPS.AZ şirkətinin abunəçiləri üçün yaratdığı mobil tətbiqdir. Bu mobil tətbiq vasitəsilə GPS monitorinq sisteminə qoşulmuş avadanlıqları izləmək imkanı, geozonalar və bildirişlər yaratmaq, hesabat almaq, səfərlərin marşrutunu qurmaq imkanı əldə edirsiniz.

 

9.Aile Beledçisi Azerbaycan

Hazırlayan          Əfqan Səfərli
Yüklənmə sayı     500 - 1000
Ödəniş:               Pulsuz
Platforma :            iOS

 

 

 

Aile Beledçisi (Family Guide) proqramı Azerbaycanlı ailələrin gündəlik olaraq faydalana biləcəyi bir kataloq yaratmaq məqsədilə hazırlanıb. Ailələr üçün  həmçinin getdikləri məkanlara reytinq vermə imkanı yaradılıb.

8.PETROL STATIONS in AZERBAIJAN

Hazırlayan           Əfqan Səfərli
Yüklənmə sayı     1 000 – 5 000
Ödəniş:                Pulsuz
Platforma :            iOS

 

 

Bu proqram sizə ən yaxın yanacaq doldurma məntəqələrini müəyyən edəcək və həmçinin, sizdən olan dəqiq uzaqlığını və xəritədən həmin YDM-ə qədər marşrutu əldə etmənizə şərait yaradacaq. Hazırda Bakı şəhəri, Sumqayıt və Bakı ətrafı YDM-lər bazamıza daxil edilib.

7.Notify Baku

Hazırlayan           Sabir Hacıyev
Yüklənmə sayı     5,000 - 10,000
Ödəniş:                Pulsuz 
Platforma :           Android və iOS

 

 

Çox vaxt sevdiyimiz brendlər və bizə lazım olan digər şirkətlər haqqında yeniliklər, endirimlər, kampaniyalar və digər məlumatları əldə etmək istəyirik. NOTIFY-BAKU mobil tətbiqini telefonunuza quraşdıraraq bu məlumatları bildiriş formasında ala bilirsiniz. Həmçinin siz bütün şirkətlərin (brendlərin) xəritə üzərində yerlərini, telefon, email, internet saytı, facebook səhifəsi kimi məlumatlarını əldə edə bilir, hətta hansı marşrutla hərəkət etsəniz oraya daha tez və rahat çata biləcəyinizi görə bilirsiniz.

 

6.Baku ATM

Hazırlayan           Səfərov kreativ agentliyi
Yüklənmə sayı     5,000 - 10,000
Ödəniş:                Pulsuz 
Platforma :           Android və iOS

Bu mobil tətbiq vasitəsi ilə siz yaxınlıqda olan bankomatları tapa biləcəksiniz. Adı siyahıda olan bankların filiallarının ünvanını bu mobil tətbiqlə asanlıqla tapmaq mümkündür.

 

5.TaxiTap

Hazırlayan            Üç rəng studiyası
Yüklənmə sayı      5 000 – 10 000
Ödəniş:                Pulsuz 
Platforma :           Android və iOS

Bu mobil tətbiq vasitəsilə sərnişinlər taksi sifariş verdikləri zaman, sifariş üçün sürücü təyin olunur. Sifarişçi həmçinin xəritə vasitəsi ilə sürücülərin harada olduğunu, hansı yol ilə hərəkət etdiyinə nəzarət edə bilir və bununla da yaxınlarının təhlükəsizliyindən əmin olmuş olur.

 

4.Tixac.az

Hazırlayan           Rəsul Əhmədxanov
Yüklənmə sayı     5 000 – 10 000
Ödəniş:                Pulsuz 
Platforma :            iOS

 

Bu mobil tətbiq vasitəsilə siz yolda olan tıxaclar, qəzalar, təmir olunan yollar haqqında məlumat ala biləcəksiniz. Ümumiyyətlə bu mobil tətbiqin köməyi ilə yollarda olan vəziyyətlə tanış ola bilərsiniz.

 

 

 

3. Baku Airport

Hazırlayan           Səfərov kreativ agentliyi
Yüklənmə sayı      5 000 - 10 000
Ödəniş:                Pulsuz 
Platforma :           Android və iOS

 

 

Bu proqram vasitəsilə aeroporta gedən yola xəritə vasitəsilə baxa bilərsiniz. Həmçinin mobil tətbiqin köməyi ilə təyyarələrin uçuş və eniş zamanını izləmək mümkündür.

 

2.GoMap.az

Hazırlayan           Fərid Orucov
Yüklənmə sayı     10 000 - 50 000
Ödəniş:               Pulsuz 
Platforma :          Android və iOS

 

 

Bu mobil tətbiq vasitəsi ilə Azərbaycanda olan coğrafi məkanları adlarına və ünvanlarına görə axtara bilərsiniz. Həmçinin  siz elektron xəritəyə yeni ünvanlar əlavə edə bilərsiniz.

 

1.Hara Gedek - Baku

Hazırlayan           Cəfər Nəcəfov
Yüklənmə sayı     10 000 - 50 000
Ödəniş:                Pulsuz 
Platforma :           Android və iOS

 

Bu proqram vasitəsi ilə Bakı şəhərində olan əyləncə, iaşə obyektləri, ticarət mərkəzləri, restoran və kafelər barədə məlumat ala, şəkillərini nəzərdən keçirə və əlaqə nömrələrinə birbaşa zəng edə bilərsiniz.  Bundan başqa, proqram sizin getməyi arzuladığınız məkanı xəritə vasitəsilə müəyyən edir və sizə rahat gediş yolunu təqdim edir.  Xəritə xüsusiyyəti vasitəsilə siz olduğunuz ərazi ətrafında ən yaxın yerləşən məkanları görə bilərsiniz. 

 

Sevinc Əsədova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə