Bizi idarə edən güc: Netokratiya

24-12-2014 / 22:22

“Netokratiya” sözü internet və demokratiya anlayışlarının qarışığından formalaşmış yeni termindir. Netokratiya cəmiyyətin yeni təşkilatlanma forması olmaqla yanaşı eyni anda virtual güc vasitəsi ilə birbaşa insan kütləsini lazımi məcraya yönləndirmək və idarə etmək funksiyasını reallaşdırır.

Netokratiya termini yarandığı zaman bir növ Parlament demokratiyası erasının sona çatdığı kimi də qəbul edildi. Netokratiya dövlət idarəçiliyinin təkrarən birbaşa xalqdan seçilməsi anlamını kəsb etməkdədir və parlamentdə xalqın əhəmiyyətini, o cümlədən rolunu əsas şərt sayır. 1990-cı ildə Amerikanın “Vired” texnologiya jurnalının redaksiyası netokratiya terminini mətbuata gətirilib. Bəzi mütəxəssislər netokratiya terminin kökünün İnternet və Aristokratiya sözlərindən qaynaqlandığını da deyirlər.

Artıq netokratiya yeni qlobal təhlükəsizlik əhəmiyyətini də daşımaqdadır. Bu həmin qlobal təhlükəsizlikdir ki, onun təməlini yüksək texnologiya və şəbəkənin aktivlik gücü, eyni zamanda yeni və güclü bazaya malik cəmiyyət formalaşdırır. Netokratiya bir növ internetin gücü hesabına suverenlik və xalqın vahidliyinin siyasi proseslər vasitəsi ilə təkrarən qazanılması adını da daşımaqdadır.

Netokratiya internetin köməkliyi ilə gercəkləşdirilir və bu proses insanlar üçün bərabər imkan, həmçinin individual qərar fürsəti yaradır. Netokratiyanın xarakteristikası onu göstərir ki, hər hansısa bir şəxsin vətəndaş kimi fərdi seçimin hüquqi bazası formalaşır, yəni bu o anlama gəlir ki, internetdə netokratiya vizionu və gücü heç də utopiya deyil. Netokratiya, yəni “şəbəkə hakimiyyəti” nəzəriyyəsi müasir beynəlxalq münasibətlərin əsas koordinant və prinsiplərini müəyyənləşdirən 3 böyük nəzəriyyədən biridir.

Netokratiyanəın hansı səpgilərdə daha effektiv olduğunu və infoimperialist atmosferin formalaşdırdığını tarixi faktlarla şahidi olduq, misal olaraq “Ərəb baharı”nı göstərmək olar. Təbii “Ərəb baharı”nın yetişdirilməsində netokratlar üçün “Xaos nəzəriyyəsi” də böyük rol oynadı. Xaos nəzəriyyəsi vasitəsi ilə “lidersiz” dövlət coğrafi arealı ortaya çıxmış oldu. Bu da “Qlobal dövlət nəzəriyyəsi”nin birbaşa tərkib hissəsidir. Netokratiyanın nüfuz dairəsi əsasən media və sosial şəbəkələr vasitəsi ilə proyektləşdirilir. Bu prizmadan çıxış edərək belə bir ardıcıllıq qurmaq olar:

1) Fecebook, Twitter və s. sosial şəbəkələr vasitəsi ilə formalaşdırılan texnoinsan tipi


2) KİV vasitəsi, konkret televiziya ilə formalaşdırlan e-ağıla sahib insan tipi

İstər birinci, istərsə də ikinci sıradakı insan tiplərinin funksiyası mahiyyətcə bir-birinə çox yaxındır, lakin azacıq idarə olunan mərkəzlərə görə fərqlənirlər. Ancaq qlobal müstəvidə hər iki tip eyni amalı həyata keçirməkdədir. Sadalanan bu yeni insan tipləri informasiya cəmiyyətinin təsiri və dominantlığı şəraitində ərsəyə gəlmiş olur.

Həmçinin millilikdən və milli özünüdərk proseslərindən uzaq yetişdirilir, bir növ vesternizasiyanın şahmat taxtasında olduğu kimi piyada fiquruna çevrilir. “Ərəb baharı”nın dalğavari baş verdiyi bütün inqilab meydanlarını ani olaraq gözümüzün önündə canlandırsaq, “piyada fiqurları”nın, meydanda necə hərəkət etdiyini, lakin onları idarə edən “grossmeyster netokratlar”ın görünmədiyinin şahidi oluruq.

Netokratiya idarə olunan xaos üçün bir növ vasitədir, yəni netokratlar mövcud siyasi vəziyyəti e-güc vasitəsi ilə dəyişərək idarəçiliyi xaos nəzəriyyəsinə nəzarət edənlərə ötürürlər. Xaos isə qlobal dövlət coğrafiyasını bərqərar edir. XXI əsr informasiya dövrü olduğu üçün informasiya axınına netokratların nəzarətinə keçir. Sadə dildə desək, netokratlar internetdə icra olunan bütün əməliyyatları yönəldir və kontrol edir.

İnfoinsanın hər tərəfli formalaşmasında netokratların təsiri bir nömrəlidir, düşüncə tərzi, qərar vermə ampulası, həyata baxış bucağından tutmuş, ta ən kiçik nüansa qədər təsiri danılmazdır.

Netokratiya nəzəriyyəsini icra edənlərdən biri də ABŞ-dır, məsələn: Birləşmiş Ştatlar hər hansısa bir dövlətə hər müdaxilə həyata keçirəcəksə, ilk növbədə media və internet vasitəsi ilə geniş təbliğat kompaniyasına start verir. Beynəlxalq təcrübədən məlumdur ki, ABŞ hələ Əfqanıstana, İraqa müdaxiləsində medianın rolundan geniş istifadə edərək anti-təbliğat aparmış, o cümlədən Körfəz savaşını onlayn formada Amerika vətəndaşlarına nümayiş etdirib. Bütün bu faktlar Amerika və Qərbin texnoinsan tipini, yəni Amerikanın arzuladığı e-insanı yaratdığı və bundan sonra da yaradacağının nümunəsidir.

Məhz sözügedən bu proses özünü ən dolğun formada “Ərəb baharı” hadisələrində göstərdi. CNN, BBC, Əl-Cəzirə və digər media vasitələri regiondakı hadisələri birtərəfli və qeyri-obyektiv dünyaya yayımlayırdılar. Həmçinin netokratların nəzarət etdiyi sosial şəbəkələr də effektiv fəaliyyətdə idi, məsələn: Twitter və Fecebook-un “Ərəb baharı”ndakı rolu danılmazdır.

Şəbəkənin gənclərə ilk təsirinin nəticəsi 1999-cu ildə “Dünya Ticarət Təşkilatı”na qarşı kütləvi “Seattle Savaşı”da ortaya çıxdı. Həmin hadisə ilə bağlı gənclər internetdən bağlantı saxlayaraq bir araya toplanmışdılar. Həmin hadisənin nəticəsində 73 ölkədən 50.000 insanı bir araya gələrək ittifaqda birləşdilər. Netokratiyanın əsas gücü sosial şəbəkələr və viki tipli açıq-ensiklopedik saytlardı, çünki bu tip saytlar hər kəs üçün fikir bildirmə fürsəti yaradır. Netokratlar insanların bütün düşüncə qabiliyyətini, psixoloji çalarlarını, qərar və düşüncə imkanlarını, idarə oluna biləcək nöqtələrini, ümumiyyətlə, beyin kontrolunu ən kiçik detalına qədər öyrənir və sistematik halda e-ağılı tədqiq edirlər. Həmçinin insanlar bu gücün bir parçası olmağa can atırlar. Digər qapalı, yəni sosiumdan uzaq saytlar rəqabətdə qeyd olunan saytlara uduzurlar.

Fərrux İlhamoğlu 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.