Bizi xaricə aparan milli saytlarımız

08-06-2015 / 11:14

Uzun və yorucu aylardan sonra artıq yay mövsümü yaxınlaşır və insanlar müxtəlif istirahət mərkəzlərinə üz tuturlar.

Xeberler.az bu dəfə “Milli resurslar” rubrikası çərçivəsində turizmlə bağlı ölkəmizdə fəaliyyət göstərən milli saytları araşdırıb.

sl-turizm.com – SPORT LUXURY şirkətinin saytıdır. Turizm sektorunda 18-ci ilini tamamlayan SPORT LUXURY Azərbaycan və dünyanın bir çox ölkələri üçün hazırlanan səyahət turları, geniş hotel seçimi, paket tur proqramları təklif edir.

turizm.az – “Turizm.Az” səyahət şirkəti 2005-ci ildən çox profilli tur operator olaraq Azərbaycanda və dünyanın istənilən ölkəsində istirahət və biznes səyahətlərinin təşkilində iştirak edir.

www.smartholiday.az – “Smart Holidays L.L.C” şirkətinin İnternet saytıdır. Şirkət bütün dünya üzrə səyahətlər təşkil etməklə məşğul olan turizm operatorudur.

www.tourism.az – saytında istirahət üçün maraqlı yerlər haqqında məlumat əldə edə bilərsiniz.

mct.gov.az- Mədəniyyət və Turizm Nazirliyinin rəsmi səhifəsidir. Turizm haqqında ən son məlumatları, qərarları, xəbərləri bu saytdan izləyə bilərsiniz.

swtravel.az - “SilkWay Travel” şirkətinin saytıdır. Şirkət 2008-ci ildə fəaliyyətə başlayıb və hazırda Milli aviadaşıyıcı olan “Azərbaycan Hava Yolları” QSC-nin eksklüziv agentidir. Aviabiletlər, uçuş cədvəlləri və s. kimi məlumatları buradan əldə etmək mümkündür.

southtourism.az – saytında Azərbaycanın cənub bölgələrindəki istirahət mərkəzləri ilə maraqlana bilərsiniz.

afntravel.az - AFN travel şirkətinin rəsmi səhifəsidir. Şirkət Azərbaycan və dünya ölkələri üzrə səyahət turları təqdim edir.

www.atropatena-travel.com – Atropatena travel şirkətinin saytıdır. Şirkət müştərilərini nəqliyyat xidmətləri, viza dəstəyi, sığorta ilə təmin edir.

www.unitravel.az – saytı "UNi Travel" turizm şirkətinin səhifəsidir. Şirkət 2009 ildə yaranıb, işgüzar səyahətlərlə, turizmlə və yaxud qonaqların qəbulu ilə bağlı əhatəli xidmətlər təklif edir.

azerbaijan.travel/az – saytında istirahət üçün Azərbaycanın ən gözəl regionları haqqında oxuya bilərsiniz.

www.atatravel.az – 2011-ci ildə ”Ata Holding”-in maliyyə və turizm sahələrində fəaliyyət göstərən Turizm agentliyi “Ata Travel” yaradılıb. Şirkət dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir.

geo-travel.az – saytında istirahət etmək üçün əlverişli yerlər, şərtlər, xidmətlərlə tanış ola bilərsiniz.

www.victorytour.az - Victory Tour şirkətinin saytıdır. Dünyanın hər yerinə və Azərbaycanın bölgələrinə bilet, otel sifarişi vermək üçün sayta müraciət edə bilərsiniz.

www.safar.az - «Globus Travel» turizm şirkətinin saytıdır. Şirkət istirahət və sahəyət üçün müxtəlif növ xidmətlər göstərir.

ramadaplazagence.com – Ramada Plaza Gəncə 181 qonaq otağı və Syutları sürətli ödənişsiz İnternet ilə sizin lüksunuz və rahatlığınız üçün turizm xidmətləri təklif edir.

sehrlinaftalan.az - Naftalan kurortu rəsmən 1935-ci ildən bu günə kimi müasir tələblərə cavab verən istirahət və sağlamlıq mərkəziləri ilə xidmətinizdədir.

www.kings.travel/az - KING’S TRAVEL turizm şirkəti hər bir səyahət növünü təşkil edir.

nztravelclub.az – NZ Travel Club rahat və daha sərfəli səyahət həyata keçirmək üçün xidmətinizdədir.

www.travelshop.az - saytından dünyanın istənilən nöqtəsinə bilet əldə edə bilərsiniz.

www.flytravel.az -  "FLY Travel" MMC şirkətinin saytıdır. Bütün istiqamətlər üzrə aviabiletlərin bronlaşdırılması və satışı ilə bağlı buradan məlumat ala bilərsiniz.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə