Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016 / 10:55

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında (YT Park) hazırda innovasiyalı iqtisadiyyatın inkişafı, biliklərə əsaslanan iqtisadiyyatın qurulması və intellektual biznesin dəstəklənməsinə dair zəruri tədbirlərin görülməsi üçün müvafiq işlər aparılır.

YTP-dan Xeberler.az-a  verilən məlumata görə, tədbirlər, həmçinin İKT sektorunun rəqabət qabiliyyətliyinin yüksəldilməsi,   xarici investisiyaların cəlb edilməsi, menecment bazasının yaradılması və insan resurslarının inkişafı kimi məsələləri əhatə edir.

Yüksək Texnologiyalar Parkında innovativ layihələrin dəstəklənməsi, habelə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.  Bu məqsədlə yaradılmış və Yüksək Texnologiyalar Parkının ilk pilot layihələrindən olan Biznes İnkubasiya Mərkəzi də fəaliyyət göstərir.

Ümumilikdə Biznes İnkubatorda  layihələrin inkişaf etdirilməsi məqsədilə 190 müraciət daxil olub, onlardan 28 layihə hazırda inkubasiya mərkəzində fəaliyyətini davam etdirir.

Eyni zamanda mərkəzdə hər ay bir çox təlimlər və ixtisasartırma kursları da keçirilir. Bu təlim və kursların  əksəriyyəti ödənişsiz qaydada təşkil olunur.

Məlum olduğu kimi, ölkədə İKT sahəsində bir çox beynəlxalq tədbirlər Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində mütəmadi olaraq keçirilir.
 
Xeberler.az-ın da məlumat verdiyi kimi, Yüksək Texnologiyalar Parkında, həmçinin Code Academy layihəsi  ilə birgə  mütəmadi olaraq intensiv proqramlaşdırma təlimləri də keçirilir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.