Biznes tətbiqlərini yaratmaq üçün kodlaşdırma lazım olmayacaq

01-12-2015 / 17:00

Microsoft-un təqdim etdiyi yeni PowerApps xidməti biznes istifadəçilərinə asanlıqla mobil və ya veb tətbiqləri yaratmağa imkan verir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu addımın arxasında duran əsas məqsəd biznes tətbiqlərini daha çox mobilləşdirməkdir.

İstifadəçilər PowerApps vasitəsilə Office 365, Salesforce, Dropbox və s. kimi bulud sistemlərindəki məlumatları əldə edə və bu məlumatlardan istifadə etməklə tətbiqlər yarada bilərlər.

Məsələn, siz Salesforce-dan işçilərizin məhsuldarlığını izləmək üçün istifadə edirsinizsə, buradakı məlumatlara əsasən bunu avtomatik izləyəcək tətbiq yarada bilərsiniz.

PowerApps eyni zamanda tətbiq nümunələri və şablonları da təmin edir ki, beləliklə istifadəçilər sıfırdan dizayn-tərtibatla məşğul olmaq məcburiyyətində qalmırlar.

Tətbiq əvvəl kompüterlərdə yaradılır, daha sonra isə PowerApps tətbiqi vasitəsilə Android, iOS və Windows Phone platformalarında ondan istifadə etmək mümkün olur. Eyni zamanda tətbiqləri URL keçidlər vasitəsilə paylaşma olar. Həmçinin bir neçə işçi bir layihə üzərində eyni vaxtda işləyə bilər.

Microsoft şirkətinin tətbiq platformasının vitse-prezidenti Bill Staples açıqlamasında belə deyib ki, PowerApps-in məqsədi biznes tətbiqləri sektorundakı innovasiya boşluğunu doldurmaqdır.

PowerApps ilə bağlı qiymətləndirmə haqqında şirkət hələki məlumat verməyib.

 

Murad Məmmədzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə