Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilir

28-06-2018 / 16:24

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilir.

Konfrans Blockchain Azərbaycan Mərkəzi və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunub. 

Xeberler.az bildirir ki, tədbirin açılışıda ASK Vitse-prezidenti Vüqar Zeynalov və BAM həmtəsisçisi Sabit Bağırov çıxış ediblər. 

Tədbirdə Sənan Həsənov "Kriptovalyuta nədir ? Biznesdə ondan necə istifadə etmək olar ? Biznesə necə tətbiq etmək mümkündür?" suallarına aydınlıq gətirib.  

Eyni zamanda Elnur Quliyev yerli biznes qurumları üçün İCO və Tokenlərdən istifadə ilə bağlı geniş məlumat verib. 

Konfransda Sabit Bağırov, Orxan Əhmədov və Elşad Yusiflinin də bu mövzu ətrafında təqdimatalrı nəzərdə tutulub. 

Konfrans işini davam etdirir.

Sevinc Baba-zadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.