BlackBerry Android sistemli smartfon istehsal edib

06-11-2015 / 12:25

Kanadanın BlackBerry şirkəti Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfon buraxıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu, şirkətin populyarlıq qazanmayan BB10 əməliyyat sisteminin buraxılışından sonra öz məhsuluna diqqəti cəlb etmək üçün etdiyi yeni cəhddir.

Qurğu yaradıcılarının sözlərinə görə, BlackBerry Priv adlanan smartfon modelinin təhlükəsizlik sisteminin yüksək səviyyədə olması onu digər Android qurğularından fərqləndirir.

International Data Corporation (IDC) analitik şirkətinin mütəxəssisi bununla bağlı bildirib ki, Android qurğunun mühafizə və təhlükəsizlik səviyyəsinin artırılaraq buraxılması gözəl ideyadır və bunu 3 il əvvəl etmək daha yaxşı olardı.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə