BlackBerry Classic nə zaman gəlir?

18-02-2015 / 12:51

Kanadalı telefon istehsalçısı BlackBerry-nin telefonu Classic 26 fevral tarixi ilə Verizon üzərindən satışa təqdim ediləcək.

Telefon ayrıca AT&T vasitəsilə də satılacaq. Blackberry məşhur iki telefonunu telefon operatorları ilə də satışa təqdim etməyə qərar verib: Classic və Passport kimi.

Blackberry “Classic” və “Passport”u digər ölkələrdə də ayrıca satışa təqdim edəcək. AT&T və Verizon ilə Blackberry satış hədəflərini artırmaq istəyir.

Blackberry ay sonu etibarilə Classic-i elan edəcək. Verizon ağıllı telefonunu 26 fevraldan etibarən satışa təqdim edəcək. Mövzuyla əlaqədar məlumatları “Crackberry” saytı yayıb.

Telefonla əlaqədar qəti məlumatlar və qiymətlə əlaqədar mövzuları 26 fevral tarixində öyrənəcəyik. AT&T Blackberry istəyənlər üçün xüsusi kampaniyalar təşkil edəcək.

İstifadəçilər 26 fevral tarixi ilə BlackBerry-nin iki telefonu “Classic” və “Passport”-u satın ala biləcək. Blackberry Passport-un 199 dollar olması gözlənilir.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə