Blackberry telefon bazarından çıxa bilər

12-10-2015 / 14:48

BlackBerry Venice kod adlı və Android əməliyyat sistemli Blackberry Priv adlı telefonu bazara təqdim etməyə hazırlaşır.

Xeberler.az-ın məlumatına görə, bu barədə  şirkətin  icraçı direktoru John Chen şirkətin gələcəyi və strateji ilə bağlı  açıqlamasında qeyd edib.

Şirkət rəhbəri qeyd edib ki, bir klaviaturası olan və Android əməliyyat sistemli Priv standart Blackberry formasında olmasına baxmayaraq, Android əməliyyat sistemiylə çalışması baxımından bir ilk olacaq.

“Ağıllı telefon istehsalı bazarında yüzdə 1 paya sahib olan Blackberry şirkəti 2016-cı ildə 5 milyon ağıllı telefon satışına imza atmalıdır. Əks halda Blackberry ağıllı telefon bazarından əl çəkə bilər”-deyə Chen bildirib.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə