Blockchain Bitcoin Conference Baku tədbirində bu mövzuya toxunulacaq

30-08-2018 / 11:10

Məlumat verdiyimiz kimi sentyabrın 27-də Smile-Expo beynəlxalq şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq Blockchain & Bitcoin Conference Baku tədbiri keçiriləcək.

Xeberler.az bildirir ki, tədbirdə "Universitetlərdə blokçeyn haqqında mühazirələrin oxunulma səbəbi və bunun Azərbaycan üçün hansı maraq kəsb etməsi” mövzusuna toxunulacaq.

Belə ki, Blokçeyn haqqında bir çox şayiələr gəzir: bəzi ekspertlər onu korrupsiyaya qarşı innovativ texnologiya adlandırırlar, bəziləri isə ona olan tələbatın süni yaradıldığını hesab edirlər. Bəzi şirkətlər bu texnologiyadan səmərəli istifadə edirlər, bəziləri isə pullarını havaya sovururlar. Bunun səbəbi nədir? Blokçeyn texnologiyası biznesə necə qazanc gətirir və nəyə görə onu gələcəyin texnologiyası hesab edirlər? Sentyabrın 27-də keçiriləcək Blockchain & Bitcoin Conference Baku tədbirində bu suallara cavab tapacaqsınız.

Qeyd edək ki, artıq Rusiya, ABŞ və Avropanın ali təhsil müəssisələrində bu texnologiya haqqında mühazirələrin oxunulmasına baxmayaraq, Azərbaycanda bu tendensiya yeni yaranmaqdadır. Blockchain & Bitcoin Conference Baku tədbirinin əsas vəzifəsi onun iştirakçılarına ağı qaradan seçmək-də kömək etməkdir. Tədbir iştirakçıları, bir günlük intensive proqram çərçivəsində blokçeyn haqqında bu texnologiyanın necə işlədiyi, onun hansı sahələrdə faydalı və faydasız olduğu və xarici investorların blokçeyn texnologiyasına milyonlarla dollar yatırmağa hazır olmağının səbəbi kimi kompleks baza biliklər əldə edəcəklər.

Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Belarus, İsveçrədən olan blokçeyn texnologiyası üzrə tanınmış ekspertlər, eləcə də bu sahənin Azərbaycandakı partnyorları öz bilik və praktiki təcrübələrini bölüşmək üçün Blockchain & Bitcoin Conference Baku tədbrində iştirak edəcəklər:

  • Denis Aleynikov, Aleinikov & Partners-in baş partnyoru, Rəqəmsal texnologiyaların inkişafı haqqında 8 saylı məşhur Dekretin müəllifi;
  • Əkrəm Həsənov, Əkrəm Həsənov və Partnyorları MMC hüquq firmasının idarəedici partnyoru, Azərbaycanın bank sahəsində tanınmış hüquqşünası;
  • Tural Kərimli, Azərbaycanın Yüksək Texnologiyalar Parkı-nın direktoru;
  • Laşa Antadze, blokçeyn texnologiyası üzərində dünyanın ilk elektron hərrac platforması olan Shelf.Network-ün təsisçisi;
  • İqor PoroxiTuber-in treyderi, BTC Awards CIS versiyası üzrə 2017-ci ilin ən yaxşı 2 treyderi sırasına daxil edilmişdir;
  • Məryəm Tağıyeva, Böyük Britaniyanın Vətəndaşlıq, Sahibkarlıq və İdarəetmə Elmi Mərkəzinin Baş Sistem Arxitektoru.

Bildirək ki, tədbirə giriş biletinin indiki qiyməti 400 AZN 200 AZN-dir. Tədbirdə iştirak etmək istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.