Blockchain sahəsində aparılan işlər müzakirə edilib

08-02-2019 / 16:35

Bu gün Blockchain Azərbaycan Mərkəzi nümayəndələrinin hazırda ölkədə rəqəmsallaşma və blockchain sahəsində aparılan işlər, cari ildəki fəaliyyətlə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə görüşü baş tutub.

Xeberler.az  bildirir ki, görüşdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz , Portmanat.az–dan Telman Axundov, Sahibkakarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondundan Sabit Bağırov, CryptoAZE Cəmiyyətindən Orxan Əhmədov, Crypto Consalting- Kriptoinvest.az-dən Elnur Quliyev və Beynəlxalq Erickson məktəbi tərəfindən sertifikatlaşdırılmış Kouç, Korporativ satış və Marketinq mövzularında biznes təlimçi, Blokçeyn və kriptovalyutar sahəsində araşdırmaçı ekspert və investor Sənan Həsənov iştirak edib.

Qeyd edək ki, cari ildə bu sahədə bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə