Blockchain sistemi xərçəng xəstələrinə kömək edəcək

09-07-2018 / 12:04

Blockchain sistemindən istifadə etməklə xərçəng xəstələri ehtiyacları olan dərmanları daha rahat əldə edə biləcəklər.

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki,  Good Shepherd Pharmacy şirkəti və FedEx Texnologiya İnstitutu blokçeyn texnologiyası vasitəsilə ilə xərçəng xəstələrinə kömək etməyi hədəfləyir.

Belə ki, şirkət bu sistemlə xərçəng xəstələrinin dərman ehtiyaclarını, istifadə müddətlərini və hansı vaxt aralığında istifadə edəcəklərini təyin edəcək. Hətta bu sistem istifadə olunmayan dərmanların maddi imkanları daha az olan şəxslərə ötürülməsinə vasitəçi olacaq.

Good Shepherd şirkətinin baş direktoru Phil Baker bildirir ki: "Statistikaya əsasən 10 milyon ABŞ dolları məbləğində dərman vasitəstələri istifadə olunmadan atılır. Tətbiq ediləcək yeni sistemlə atılan dərmanlar ehtiyacı olanlara verilə bilər. Blokçeyn bu zənciri qurmaq üçün böyük bir texnologiyadır. Hal-hazırda bir çox dərman şirkəti bu sistemdən istifadə edir. Xərçəng xəstələri üçün dönüş nöqtəsi olacaq bu sistem, dünyada böyük bir addımdır."

Sevinc Baba-zadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.