Blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir

16-05-2019 / 17:34

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir”.

Xeberler.az bildirir ki,bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) deyib.

“Blokçeyn texnologiyalarının ölkədə tətbiq edilməsi imkanları geniş araşdırılmalıdır. Hazırda bununla bağlı nazirliyin dəstəyi ilə bir sıra tədbirlər həyata keçirilir. Data Mərkəzimiz bu məsələdə böyük rol oynaya, məlumatların emalı istiqamətində bu proseslərə texniki dəstək verə bilər. Hazırda Mərkəz geniş imkanları çərçivəsində yerli və beynəlxalq qurumlara bulud xidmətləri göstərir. Onu da qeyd edim ki, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ layihələrə dəstək verməkdir. Ölkədə startapların inkişaf etdirilməsi üçün müxtəlif layihələr, təlimlər keçirilir”, – nazir əlavə edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.