Bloqçular Sumqayıtda bir araya gəldi

05-12-2011 / 21:36
3-4 Dekabr tarixlərində Azərbaycanın müxtəlif regionlarından olan 100-ə yaxın fəal bloqçu Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkil etdiyi Sumqayıt bloq günü tədbirində bir araya gəldi.

Qafqaz Universitetində təşkil olunan tədbirin əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etmək idi.

Bloqçularla yanaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin, Sumqayıt Şəhər Bələdiyyəsinin, QHT və media nümayəndələrinin də iştirak etdiyi Sumqayıt bloq günün birinci hissəsində təşkil olunmuş müzakirə panellərində Azərbaycanda ilk dəfə olaraq hökümət nümayəndələri ilə bloqçular birgə “Təhsildə İnformasiya Texnologiyaları – bu gün, “E-hökümət və gənclər” kimi mövzuları müzakirə etdilər. Müzakirələr zamanı iştirakçılara hökümətin adı çəkilən sahələrdə gördüyü işlər haqında məlumat verməklə yanaşı iştirakçıların da çox saylı suallarını cavablandırdılar. Bloqçular hökümətin həmin istiqamətdə hansı addımları atmalı olduqları haqqında təkliflərini səsləndirdilər.

Tədbirin ilk günündə Sumqayıt şəhərinə müxtəlif tanıdıcı səfərlər edən iştirakçılar, şam yeməyinə 18 müxtəlif Sumqayıt ailəsində qonaq olaraq, şəhər ailələri ilə yaxından tanış olub, onarın şəhərlə bağlı xatirələrini və fikirlərini dinlədilər.

Tədbir iştirakçıları həmçinin öz bloqlarını daha da inkişaf etdirə bilmələri üçün təşkil olunmuş seminarlarda da iştirak edərək mütəxəssislərə öz suallarını ünvanladılar.

Bununla yanaşı tədbirə qoşulmuş bloqçular Sumqayıt bloq günündəki müşahidələrinə dair hazırladıqları materialları öz bloqlarında yerləşdirərək “Sumqayıt haqqında yazılmış ən maraqlı bloq yazısı” müsabiqəsində iştirak edərək mükafat da əldə edə biləcəklər.

Qeyd edək ki, birincisi Sumqayıt şəhərində keçiriləcək “Bloq Günü” tədbiri silsilə xarakter daşıyır və gələcəkdə Azərbaycanın digər şəhər və rayonlarında da təşkil olunacaqdır.

Sumqayıtda “Bloq günü” layihəsi ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə