BMT-nin e-ticarətlə bağlı qrupuna Azərbaycan sədirlik edəcək

19-04-2018 / 20:23

18-20 aprel tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclası” keçirilir.

Ekspert qrupunun iclasında inkişaf etməkdə olan ölkələrdə yerli platformaların ölkədaxili və transsərhəd elektron ticarət üçün uyğunlaşdırılması, kiçik və orta sahibkarların elektron ticarət sahəsində fəaliyyətlərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin beynəlxalq elektron ticarət platformaları ilə bağlı üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları kimi mövzular müzakirə edilir.

Xeberler.az bildirir ki, iclasda hökumətlərarası ekspert qrupunun sədri və sədr müavini vəzifəlrinə seçkilər keçirilib.

100-dən artıq ölkənin nümayəndəsinin iştirakı ilə açıq səsvermə yolu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaninda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov qrupun sədri vəzifəsinə seçilib. Sədrlik dövrünün icrası 1 illik müddəti əhatə edir.

Azərbaycan bu mötəbər tədbirdə ötən ildən təmsil olunur. Hökumətlərarası ekspert qrupunun işində 100-dən artıq ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı Alibaba Group, Google, eBay kimi qlobal şirkətlərin və bir sıra regional İT şirkətlərin rəhbər şəxsləri xüsusi qonaq qismində iştirak edir.

"Elektron ticarət” və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasın yekununda qəbul ediləcək xususi tövsiyələri əks etdirən sənəd BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Eyni zamanda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron Ticarət Həftəsi də keçirilir. “Rəqəmsal platformaların inkişaf ölçüləri” mövzusuna həsr olunmuş tədbirdə belə platformaların yaratdığı imkanlar və əsas çətinlikləri müzakirə ediləcək və inkişaf etməkdə olan ölkələr üçün maksimum fayda təmin etmək məqsədilə konkret təkliflər irəli sürüləcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.