BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015 / 12:18

Azərbaycan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində BMT-nin siyahısında yüksək pillədə qərarlaşıb. Biz təklif edirik ki, digər ölkələr Azərbaycanın bu sahədəki qazandığı təcrübədən bəhrələnsin və istifadə etsin. BMT bu sahənin daha da inkişaf etdirilməsi üçün Azərbaycana daim dəstək olacaq.

Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, bu fikirləri dekabrın 3-də Bakıda işə başlayan “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçilik Forumundakı çıxışında Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek səsləndirib.

O deyib: “Son illər Azərbaycanın İKT sektorunun inkişafı üçün mühüm addımlar atılıb. Bunun nəticəsində artıq Azərbaycan İKT sahəsində öz sözünü deyən ölkəyə çevrilib”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə