BMT sosial layihələr üçün blokçeyndən yararlanacaq

26-09-2018 / 15:57

BMT sosial layihələr üçün blokçeyn texnologiyasından istifadə edəcək. Bu barədə BMT baş katibinin köməkçisi Haolyan Şu bildirib.

Xeberler.az  bildirir ki, bu barədə ICTnews Elektron Xəbər Xidməti məlumat yayıb. Haolyan Şunun sözlərinə görə, blokçeyn inkişaf etməkdə olan ölkələrə kömək üçün böyük təsirə malik olacaq texnologiyadır. “Blokçeyn əsaslı gələcək layihələr üçün BMT və “Blockchain Charity Foundation” (BCF) xeyriyyə təşkilatı arasında əməkdaşlıq haqqında razılıq əldə edilib”, - o qeyd edib.

Blokçeyndən yardıma ehtiyac duyan ölkələrə kömək üçün necə istifadə ediləcəyi barədə məlumat verilmir. Qeyd olunur ki, “Blockchain Charity Foundation” ianələrin hara yönəldilməsini və onlardan problemlərin həlli üçün istifadə olunub-olunmadığını izləməyə imkan verən platformaya malikdir. BMT-nin bu platformadan istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.