Bölgələrdə internet niyə yaxşı deyil? – Açıqlama

11-10-2017 / 16:52

Son vaxtlar sosial şəbəkədə tez-tez mobil internetin xidmət və keyfiyyətindən narazılıqlarla qarşılaşırıq.

Belə ki, qeyd edilir ki, əsasən də regionlara gedəndə müəyyən yerdə mobil  internet kəsilir, xidmətdən istifadə etmək mümkün olmur.

Görəsən, mobil operatorlar bununla bağlı monitorinq aparırmı ki, hansı ərazilərdə keyfiyyət aşağıdır? Ümumiyyətlə, məsələ ilə bağlı aidiyyatı qurumlardan olan Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyaları  Nazirliyi ilə əməkdaşlıq edilib, tədbirlər görülürmü?

Bu suallarla Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekkersə (Nikolai Beckers) müraciət  etdik.

Şirkət directoru Xeberler.az-a  məsələni diqqətdə saxladıqlarını bildirib. Onun sözlərinə görə, Bakcell-in bəzi bölgələrdə və ya bölgələrin bəzi ərazilərində əhatəsi o qədər də yaxşı olmayıb:

“Əlbəttə, bu da keyfiyyətdə bilavasitə özünü əks etdirirdi. Məhz ona görə də 2017-ci ildə biz 3G şəbəkəsinin təkmilləşməsinə xeyli səy göstərdik. Bəzi ərazilər var idi ki, burada ,ümumiyyətlə, bizim əhatə yox idi. Ona görə də bu məsələni aradan qaldırmaq lazım idi. Baza, ana stansiyanı harada yerləşdirirsinizsə, o zaman 20-30 kilomtr ətrafda artıq bu keyfiyyət artmağa başlayır.  Ətrafda böyük yaşayış məntəqi varsa, bu keyfiyyəti dərhal hiss etmək olur”.

Nikolay Bekkers qeyd edib ki, Bakcell hər zaman yeni keyfiyyətli avadanlığın quraşdırılıb, işləməsinə böyük önəm verir:

“Şirkətimizdə teniki heyət olduqca yaxşıdır. Onlar bu avadanlığın öhdəsindən gələ bilir. Hər hansı bir ərazidə belə avadanlıq quraşdırlıqdan sonra bizə dərhal məruzə edirlər. Avadanlıq quraşdırılırsa, şəbəkənin keyfiyyəti və sürəti də artır. Bu da dərhal internet xidmətinə də öz təsirini göstərir”.

İcraçı direktor deyib ki, bunu mikrodalğalar və fiber optik kanallarla təmin edirlər:

“Mikrodalğaların fəaliyyəti hava şəraitindən asılıdır. Azərbaycan isə çox küləkli ölkələrdəndir.Ona görə də bu, şəbəkənin xidmətinə öz mənfi təsirini göstərir, şəbəkədə qırılma, kəsintilər olur. Amma istənilən halda hazırda ən azından tələb olunan keyfiyyəti təmin edə bilmişik”.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.