Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

12-11-2016 / 10:44

Bölgələrdə yaşayan uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə Nazirliyin  tabeliyində fəaliyyət göstərən  “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə onlayn təlimlər keçirilib.

Xeberler.az-ın məlumatına görə, dünən ilk dəfə təşkil olunan təlimdə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin Qəbələdə yerləşən Mərkəzi vasitəsi ilə rayonun məktəblərini təmsil edən uşaqlar iştirak edib.

Təlim zamanı uşaqlarla aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və uşaq hüquqları ilə bağlı məlumatlar verilib.

Qeyd edək ki, yaxın zamanlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə uşaqlar üçün bir sıra onlayn təlimlərin keçirilməsi nəzərdə tutulub.

Məltəm Talıbzadə
   


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.