Bolqarıstanda startap təlimlərində iştirak etmək imkanı

07-10-2016 / 18:15

Bolqarıstanda fəaliyyət göstərən BBU STARTUP SCHOOL ideyası olan, öz biznesinə başlamaq istəyənlər üçün təlim poqramları elan edib.

Xeberler.az-ın məlumatına görə, təlimlərdə iştirak etmək üçün qeydiyyat sentyabrın 25-dən başlayıb və noyabrın 13-nə qədər davam edəcək.

Qeyd edək ki, BBU Startup School  öz bizesini qurmq istəyən gənclərə dəstək göstərir. Proqrama seminarlar, workshops,-lar təlim, coaching və  netvorkinq sessiyaları daxildir.

Layihənin missiyası biznesinə başlamaq istəyənləri həvəsləndirmək, onlara nəzəri və praktiki biliklər verməkdir.

Proqram müddətində bir sıra tanınmış mütəxssislər təlim keçir. İştirakçılara bir lider və sahibkar kimi formalaşmaq tədris edilir. Daha sonra onlara investorlara çıxış, yeni əlaqələr qurmaq imkanı da yaradılır.

BBU STARTUP SCHOOL proqramında 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Proqrama üç formada müraciət edə bilərsiniz:

-Fərdi ideyası olanlar-  Onlar  təlimin ilk həftəsində özlərinə  icraçı rəhbələr tapır

 -İdeyası və komandası olanlar- Komandada maksimum 4 nəfər ola bilər

-Fərdi müraciət edənlər- müraciət edib, təlimlərdə hansısa komandanın tərkibinə qatılırlar

BBU STARTUP SCHOOL -da iştirakla bağlı daha ətraflı buradan məlumat ala bilərsiniz.

 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə