Box.AZ -in yeni üzü

03-05-2008 / 12:08

Sürətlə dəyişən dünyamızda ən sürətli dəyişən İT sektorudur. İT-də də ən öndə gələn İnternet sahəsidir. Azərbaycan İnternetinin günü nə qədər dünya miqyasında acınacaqlı olsa da, bəzən bizim İnternetdə də sevindirici xəbərlər olur.

Milli emaillarımızda inbox.az-in hesab həcminin 1Gb-a yüksəldilməsi xəbərindən sonra növbəti sevindirici xəbər box.az-dandır. Box.az, web2 standartlarında tam cavab verən Beta versiyasını istifadəçilərinə təqdim edir! Gözəl və çeşidli temalarla zənginləşdirilmiş yeni dizayn, 1Gb mail qutusu, mobil telefonlarından poçtu yoxlamaq imkanı, antivirus və antispam, və nəhayət, AJAX-lı interfeys.

Menyuya daxil edilən Profayl bölməsi poçt istifadəçilərinin özləri haqqında ətdaflı məlumatlarının daxil edilməsinə imkan yaradır. Fikrimizcə bu, box.az-ın komyuniti istiqamətində inkişaf edəcəyinə doğru atılan ilk addımdır.

Milli İnternetimizin ən faydalı layihələrindən biri olan box.az-a uğurlar diləyək. Box.Az Beta versiyasını test edin və tapdığınız xətaları bildirin.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə