Böyük ekran, böyük klaviatura

21-10-2008 / 15:33

Bu yaxınlarda işıq üzü görmüş smartfon - HTC Touch HD 800x480 pikselli böyük və aydın ekranı ilə hamını heyran etdi. İctimaiyyət smartfonda olan 5 meqapikselli kameranı, qulaqcıqlar üçün 3,5 mm ayırıcını və geniş kommunikasiya imkanlarını da müsbət qiymətləndirir. Ümumiyyətlə, telefon yaxşı alınıb, lakin HTC mühəndisləri bununla kifayətlənməyərək kommunikatoru mükəmmələşdirməyə hazırlaşırlar.

Qeyri-rəsmi məlumatlara görə, HTC sexlərində QWERTY versiyası üzərində iş gedir: HTC Touch HD çıxarılan klaviatura ilə təchiz olunacaq. Qalan xüsusiyyətlər isə original məhsulla eyni olacaq. Satışa çıxarılması və qiymət haqqında hələlik məlumat yoxdur. Ancaq o məlumdur ki, təkmilləşmiş versiya HTC Touch HD Pro adı altında buraxılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə