Britaniya şirkəti hansı startaplara yatırım edəcək?

03-05-2016 / 12:02

Məlumat  verdiyimiz kimi, bir müddət əvvəl Bakcell şirkəti AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Qeyd etdiyimiz kimi, Bakcell Wayra UK ilə əməkdaşlıq çərçivəsində  mobil developer layihəsi ilə bağlı startaplar üçün Pitch Day təşkil etdi.

Belə ki, aprelin 4-də YTP-da təşkil edilən Pitch Day -də startap layihələrimz Britaniya şirkəti qarşısında təqdimat etdi.

Pitch Day-də 11 layihəmiz-FlapusQuizMindUpBraille Pad, Alkredit.azFoodLookKvotterUstam,MobChannelSpinal, ShrippyTradimum  iştirak etdi.

Qeyd edilmişdi ki, seçilmiş ideyalar və layihələr AppLab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.

Wayra şirkəti  hər seçilmiş layihəyə investisiyaları 50 min dollar dəyərində yatırım edəcək.

Lakin hələ də Wayra şirkətinin seçdiyi layihələr açıqlanmayıb. Wayra-nın hansı layihələri dəstəkləyəcəyi sosial mediada da maraq yaradıb. Bununla bağlı bizə də suallar ünvanlanır.

Xeberler.az olaraq məsələ ilə maraqlandıq.

Bakcell-dən verilən məlumata görə, hazırda Wayra şirkətinin  rəsmiləri ilə layihə nümayəndələri  arasında danışıqlar davam edir:

“Təqdimatdan sonra Wayra nümayəndələri layihələrin inkişafı üçün bəzi tövsiyələr  verdi. Hazırda komandalar həmin tövsiyələr üzərində çalışır. Wayra tərəfindən qiymətləndirmə davam edir. Komandalar da Wayra -nın tövsiyələri ilə layihələrindəki boşluqları düzəldir”.

Şirkətdən verilən məlumatda qeyd edilib ki, hələlik Wayra tərəfindən konkret layihə seçimi olmayıb.

Bildirlib ki, Wayra rəsmiləri  iyunda növbəti dəfə Bakıya gələcək və komandalarla görüşəcək. Əgər Wayra tövsiyələri əsasında layihələrdə inkişaf görərsə, artıq dəstək verməyə başlayacaq.

Sentyabrda isə Wayra-nın maliyyələşdirəcəyi, yəni 50 min dollarlıq yatırımı qazanan layihələr məlum olacaq.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.