Britaniyalı investorlar hansı startaplarımıza maraq göstərir? -Foto

07-09-2016 / 12:57

Bakcell şirkətinin Applab layihəsi öz startap ideyalarını birtaniyalı investorlara təqdim edib.

Xeberler.az-ın məlumatına görə, Applab iştirakçılarının Telefonica Open Future proqramının startaplar üçün akselerasiya proqramı  olan Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü (QuizMindUp, Kvotter, Spinal və BraillePad) xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib.

Layihələrin dəyərləndirilməsi Wayra UK şirkətinin tərəfdaşlıq və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün təşkil olunmuş xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilmiş layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırıblar.

Wayra UK proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək.

Qeyd edək ki, Wayra UK startap layihələrinə 70.000 ingilis funt sterlinqi civarında investisiya ayırır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir.

Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin  startap layihələrini  inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

Hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra bulud (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə