BTRİB-ə yeni texniki direktor təyin edildi

07-01-2016 / 11:34

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub.

Xeberler.az-ın məlumatına görə, yeni təyin olunan şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir.

Qeyd edək ki, Razi Tağıyev daha öncə AzEvrotel MMC-nin internet şöbəsinin rəisi və Aztelekom İstehsalat Birliyinin baş direktor müşaviri və bu qurumun marketinq və satış departamentinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, “MTN” işi ilə bağlı Birliyin Baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edildi. Bu günə qədər onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi.

Beləliklə,  bundan sonra bu qurumun Baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edəcək.

Rəsul Qurbanov isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin edilib.

Qeyd edək ki, BTRİB-in direktor müavini isə Xankişi Xankişiyevdir. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə