BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017 / 15:00

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Bakinternet provayderi internet xidmətlərinə görə öncədən ödənişin müddətini yanvarın 9-dək uzadıb.

Qurum məsələ ilə bağlı abunəçilərinə xəbərdalıq edib.

BTRİB-dən Xeberler.az-a bildirilib ki,  yanvarın 1-dən 4-dək bayram günləri olduğu üçün belə qərar qəbul edilib.

Məlumat verdiyimiz kimi, 2016-cı ilin noyabrından BTRİB internet və IP-TV xidmətləri üçün “öncədən ödəmə” sistemini istifadəyə verib. Bu sistemin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alır və verilən xidmətdə fasilə yaranmır.

BTRİB xidmətlərinin dəyəri cari ay üçün həmin ayın 5-dən gec olmayaraq ödənilməlidir.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.