Bu bankda fərdi sahibkarlar onlayn müştəri ola və hesab aça bilərlər

29-01-2019 / 13:44

“PAŞA Bank”da filiala gəlmədən bankın müştərisi olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin əldə edilməsi mümkündür.

Xeberler.az  bildirir ki, yeni müştərilərə vaxta qənaət etməklə müxtəlif valyutalarda hesabın açılması üçün onlayn edilən müraciəti bir neçə dəqiqə ərzində rəsmiləşdirmək fürsətini verən bu xidmət hazırda fərdi sahibkarlar üçün əlçatandır. Müştərilərin istifadəsinə verilmiş xidmət minimum tələblərə cavab verir və bu həll davamlı olaraq təkmilləşdirilir.

Ölkədə ilk dəfə olaraq fərdi məlumatlar fərdi sahibkarın elektron razılığı əsasında Elektron Hökumət İnformasiya Sistemindən əldə olunaraq vaxta qənaət etməyə imkan verir və müştərilər “Asan İmza” mobil elektron imza vasitəsilə xidmətdən istifadə edərək lazımi sənədləri təsdiqləyirlər.

Bundan əlavə, bank yaxın zamanda yeni hüquqi şəxs müştəriləri üçün onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim edəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.