Bu gün Bakutel sərgisinin son günüdür

05-12-2015 / 13:02

Xəbər verdiyimiz kimi, dekabrın 2-dən etibarən Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - Bakutel 2015  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi keçirilir. 

Sərginin iştirakçıları arasında ACER, Avirtel, Azercell Telecom, Azerkosmos, Azerfon, Azqtel, Airbus, Bakcell, BestComp Group, CISCO, Delta Telecom, Digital Source, HP, Huawei, IBM, LENOVO, R.I.S.K. Company, SAP, SINAM, Smart Systems Technology, Softline International, Schneider, Sumqayıt Tenologitya Parkı, Teleradio, Ultra Technologies, ZTE və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları iştirak edib. 

Xeberler.az bildirir ki, bu gün Bakutel 2015 sərgisinin son iş günüdür.

Sərgi 16:00-da öz işini yekunlaşdıracaq.

Ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaq.

Sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.

Yaşı 17-dən az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə sərgini ziyarət etmək hüququna malikdirlər.

Sərgini dəvətnamə və ya sərginin internet səhifəsində (http://bakutel.az/2015/?p=visitors_fast_register ) qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz.

Veb-saytda qeydiyyatdan keçməklə, sərgiyə dair bütün materialları FAST TRACK masasından alacaqsınız.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə