Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15-02-2018 / 11:53

 Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

Xeberler.az bildirir ki ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək.

Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

Qeyd edək ki, bu il daha iki Günəş tutulması hadisəsi qeydə alınacaq. Onlardan biri iyulun 13-də, digəri isə avqustun 11-də baş verəcək. Budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq. Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq. (Report)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə