Bu gün Milli Net-Milli İnternet Mükafatının qalibləri müəyyən olacaq!

18-12-2009 / 16:21

Daha öncə də məlumat verdiyimiz kimi bu gün cari ilin oktyabr ayının 1-dən etibarən start verilən Milli Net -2009 Müsabiqəsinin qalibləri müəyyən olunacaq.

Mükafatlandırma mərasimi saat 18-də Ambassodor Otelində baş tutacaq. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub.

Eyni zamanda Nominantlara Müsabiqənin Diplomlarının verilməsi də  nəzərdə tutulub. Qaliblər 11 Nominasiya üzrə 63 Nominant arasından seçiləcək.

Məlumat üçün bildirək ki,Milli Net Azərbaycan İnternet Forumu tərəfindən ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə təsis olunan Milli İnternet mükafatıdır.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az  saytında yerləşdirilib.

Qeyd edək ki,həmin saytda tədbirə qatılma imkanı olmayan şəxslər online olaraq tədbirin gedişini izləyə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə