Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016 / 14:35

Bu gün artıq ölkədə  8-ci  ildir keçirilən Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsinin qalibləri müəyyən ediləcək.

Xeberler.az-ın məlumatına görə, MilliNet-in ənənəvi yekun təqdimat mərasimi saat 18.00-da Bakı Biznes Mərkəzində keçiriləcək.

Təqdimat mərasiminə dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin nümayəndələri, İKT sektorunun tanınmışları qatılacaq. Tədbirdə 200 nəfərin iştirakı gözlənilir. 

Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar və  həmçinin BestComp şirkəti, Lenovo və Aromaniya şirkətlərinin hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.