Bu gün “Son zəng”dir

14-06-2017 / 10:21

 Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində Son zəng çalınır.

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

Bu barədə Xeberler.az-a Təhsil Nazirliyindən məlumat verilib.

2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, Son zəng tədbiri bu gün 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə