Bu il Azərkosmos 19 ölkədən 12,7 mln. dollar gəlir əldə edib

30-07-2018 / 12:49

Bu ilin yanvar-iyun aylarında Azərkosmos ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət ixrac edilib. 

Xeberler.az bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxrac icmalı-nda məlumat verilib.

Belə ki, bu ilin ilk 6 ayında Azərkosmos peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. 2018-ci ilin iyun ayında isə Azərkosmos ASC-nin xidmət ixracının dəyəri 1,6 mln. ABŞ dolları olub. 

Qeyd edək ki, Azərkosmos ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə