Bu il Facebook-da ən çox nələr müzakirə edildi?

07-12-2017 / 15:17

Dünyanın ən populyar sosial media platforması olan Facebook 2017-ci ildə ən çox müzakirə edilən mövzuları paylaşıb.

Xeberler.az Facebook-un paylaşdığı məlumata istinadən bildirir ki, 2017-ci ildə platformada ən çox  Beynəlxalq Qadınlar Günü, 51. Super Bowl və Las-Veqas hücumu müzakirə edilib.

Belə ki, Facebook-da ilin ən mühüm idman tədbirlərindən Super Bowl-in videoları il ərzində 262 milyondan çox izlənib.

Las-Veqas hücumundan sonra  3 min 300-dən çox istifadəçi Facebook-un Böhran Yardım Mərkəzi (Crisis Response) vasitəsi ilə yardım edib.

Hər gün 1,4 milyarddan çox insanın ailələri, dostları və yaxınları ilə ünsiyyət qurmasına imkan verən Facebook-un məlumatına görə, bu il Meksikada baş verən zəlzələ ciddi müzakirələrə səbəb olub.

Belə ki, milyonlarla insan Böhran Yardım Mərkəzi vasitəsi ilə təhlükəsizlik ərazidə olduğunu qeyd edib, həmçinin zəlzələdən əziyyət çəkənlərə yardım edib.

Qeyd edilib ki, Harvey qasırğası üçün Facebook-da 20 milyon dollardan çox vəsait toplanıb.  

One Love Manchester konsert videosu Facebook-da 80 milyondan çox izlənilib, ümumilikdə isə 450 min dollar bəxşiş toplayıb.

Facebook avqust ayında baş verən günəş tutulması ilə əlaqədar 80-dən çox ölkədə 20-də  çox Facebook event-i yaradıldığını qeyd edib.

Yanvarın 21-də qadınların yürüşünün 500-dən çox adamı bir araya gətirdiyini deyən Facebook bu tədbirin ən böyük Facebook event-i olduğunu qeyd edib.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.