Bu il mobil operatorların əməliyyat dövriyyəsi 6 dəfədən çox artıb

08-04-2019 / 15:10

Azərbaycanda 2019-cu ilin yanvar-mart ayları ərzində fəaliyyət göstərən mobil operatorların apardıqları əməliyyatların həcmi 6 137 703,05 manat təşkil edib. 

Xeberler.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 174 673,08 manat yaxud 6,4 dəfə artıb.

Məlumata görə, nağd, plastik kartlar, bank hesabları və onların cəmi üzrə aparılan bütün əməliyyatlarda liderliyi “Azercell Telecom” MMC saxlayır. Digər yerləri isə “Bakcell” və “Azerfon” MMC-lər bölüşdürür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə