Bu marketlərin serveri Microsoft-un platformasına köçürüldü

23-01-2018 / 10:26

SIP və RAHAT Market şirkətləri RAHAT Market-in  İT infrastrukturunun Microsoft korporasiyasının Azure bulud platformasına köçürülməsi üzrə layihəni uğurla başa vurub.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bu layihə çərçivəsində lokal data mərkəzi (fayllar və məlumat bazası) və Bakı şəhərində 60 kiçik mağazaya xidmət göstərən RAHAT Market serverlərində əlavələr Microsoft Azure bulud platformasına tamamilə keçirilib.

Bütün mağazaların Azure ilə məlumat mübadiləsi üçün İnternet vasitəsilə birbaşa şifrlənmiş rabitə kanalları mövcuddur. İnternetlə birləşmə olmadığı halda kassa aparatları ayrıca işləyir və qoşulma zamanı satışları, yeni qiymətləri və digər dəyişiklikləri yükləyir.

Mağazaların idarəsi üzrə əsas proqram (ERP) ilə işləmək üçün mağazanın əməkdaşları kompüterdən və ya istənilən mobil qurğudan Microsoft Azure platformasının terminal serverinə qoşulurlar. Baş ofis həmçinin Microsoft Azure platformasına qoşulub və məlumatları data mərkəzində idarə edə bilir.

Hazırlıq işləri təxminən bir ay çəkib və bundan sonra bütün mağazalar bir gün ərzində Microsoft Azure platformasına qoşulub. Layihənin həyata keçirilməsi RAHAT Market üçün aşağıdakı imkanları yaradıb:

Maliyyə vəsaitinə qənaət:

-bahalı server otağını və avadanlığı şirkətin baş ofisində saxlamamaq,

-hesablama imkanlarının artırılması üçün server avadanlığını köhnə avadanlığın əvəzində almamaq,

-köçürülmə zamanı server avadanlığını daşımamaq,

-sisteminin dəstəklənməsinə daha az vaxt sərf etmək,

-xərclərin uçotunu aparmaq: Microsoft Azure platformasında hər bir resursun istifadəsi haqqında bütün məlumatlar şəffafdır və asanlıqla əldə oluna bilər.

 Sistemin etibarlılığını və təhlükəsizliyini artırmaq:

 -tez və sürətli arxivləşdirmə sayəsində məlumat itkisindən müdafiə,

-server otağında internetdən müstəqil fəaliyyət,

-heyətin bütün hərəkətlərinin loqlaşdırması vasitəsilə məlumat və tənzimləmə üzrə nəzarət,

-Microsoft Azure platformasının müdafiəsi sayəsində kiberhücumlardan müdafiə.

 -Virtual server resurslarının artırılması hesabına informasiyanın emal edilməsinin və hesabatlar generasiyasının sürətini artırmaq.

 -Öz əməkdaşlarına İnternet vasitəsilə mağazanın idarəetmə sistemi ilə istənilən nöqtədən təhlükəsiz  işləmək imkanını vermək.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə