Bu məşhurlar kosmosa səyahət edəcək

16-01-2018 / 21:50

Milyader Richard Branson tərəfindən 2004-cü ildə qurulan Virgin Galactic şirkəti kosmos turizmi üçün etdiyi investisiyaları ilə səs salmağa davam edir.

Xatırladaq ki, 2014-cü ildə test uçuşu zamanı fəlakətli şəkildə yerə çırpılan SpaceShipTwo bir pilotun ölməsinə və şirkətin etibarının itməsinə səbəb olmuşdu.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu hadisədən sonra fəaliyyətini dayandıran Virgin Galactic bir müddət sonra Federal Aviasiya Administrasiyasından bir iş lisenziyası alaraq yenidən işə başlayıb.

İndiyə qədər Virgin Galactic-yə kosmos səyahət proqramında iştirak üçün 700-dən çox müraciət olub. Onlar adam başına 250,000 dollardan qeydiyyatdan keçib. Müraciət edənlər arasında Katy Perry və Brad Pitt kimi məşhur adlar da var.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə