“Bu nömrəyə zəng çatmır”

27-12-2010 / 08:55

Dünən Media Mərkəzində “Bu nömrəyə zəng çatmır ” mövzusunda debat keçirilib.

debatda Azərbaycandakı mobil operatorların müştərilərə göstərdiyi xidmətin keyfiyyəti müzakirə olunub. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki , hər bir mobil operatoru müştəriyə yaxşı xidmət göstərməyə çalışmalıdır. Debatda qarşı tərəf olan İKT informasiya mərkəzinin rəhbəri Fərid Kazımov bildirib ki, müştəri də əsas götürlüməlidir, ancaq, unutmaq olmaz ki, burada şirkətin pul qazanmaq marağı da var.

Azərfone-un təmsilçisi Elşad Fərzəliyev bildirib ki, onlar müştəri xidmətləri vasitəsilə müştərilərin şikayətlərini qəbul edir və onları aradan qaldırırlar.

Azercell-in mətbuat məsələləri üzrə nümayəndəsi Fəxri Abbasov təmsil etdiyi mobil operatorun həm e-mail, şirkətin vebsaytı, həm “Facebook” sosial şəbəkəsi, həm də müştəri xidmətləri vasitəsilə müştərilərinin şikayətlərini qəbul edir.

Rouminq xidmətlərindən danışan E. Hüseynov ümumiyyətlə bu xidmətlərdən imtina etdiyini deyib. Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov qeyd edib ki, rouminq xidmətinin ikitərəfli razılaşma ilə xidmət göstərdiyindən mobil operator qiymətləri birbaşa endirə bilməz.

Sonda E. Hüseynov mobil operatorlara müraciət edərək, onlara qiymətləri endirməyi məsləhət gördü. Əks halda onlara qarşı antireklama başlayacağını bildirdi.///qafqazinfo.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.